"Bayer" "Mançester Siti"nin futbolçusunu heyətinə qatır
19.08.2025 - 16:25

Bundesliqa təmsilçisi "Bayer" "Mançester Siti"nin yarımmüdafiəçisi Klaudiyo Eçeverri üçün razılıq əldə edib.
Apasport.az xəbər verir ki, argentinalı futbolçu Leverkuzen təmsilçisində icarə əsasında çıxış edəcək.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
19 yaşlı oyunçu növbəti 24 saat ərzində tibbi yoxlanış və müqavilə imzalamaq üçün Almaniyaya yollanacaq.
Qeyd edək ki, Klaudiyo "River Pleyt" klubunun yetirməsidir.
0
0