2023-cü ildə “Böyük beşlik” liqalarında ən çox assistə imza atan futbolçuların siyahısı açıqlanıb.
Apasport.az xəbər verir ki, cədvələ “Bayer”in futbolçusu Florian Virts başçılıq edir.
20 yaşlı almaniyalı bu il keçirdiyi 42 matçda 18 assistə imza atıb. Bunlardan üçü Avropa Liqasının “Qarabağ”la matçına təsadüf edib.
“Real”ın braziliyalı ulduzu Vinisius Junior 2-ci yerdədir. O, 17 qolun ötürməsinə imza atıb.
Belçika millisinin və “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Bruyne 15 assistlə 3-cüdür. Misirli Məhəmməd Salah (“Liverpul”) 14 dəfə fərqlənib.
Onun komanda yoldaşı Trent Aleksandr-Arnold, “Arsenal”ın ulduzu Bukayo Saka və Bruno Fernandeş (“Mançester Yunayted”) hərəyə 13 məhsuldar ötürmə verib.
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat