Dortmund “Borussiya”sının və İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqem dünyanın, demək olar ki, bütün Top-klublarının siyahısındadır.
Apasport.az saytı xəbər verir ki, yalnız “Mançester Yunayted”in transferdə şansının olmadığı bildirilir.
“Qırmızı şeytanlar”ın bu yarışda geri addım atdığı vurğulanıb. Xüsusən “Liverpul”, “Mançester Siti” və “Real” 19 yaşlı orta sahə oyunçusu uğrunda yayda mübarizə aparacaq. Son olaraq “Liverpul”un 100 milyon avroluq təklifi rədd cavabı alıb. Bellinqemin yeni keçəcəyi kluba 150 milyon avroya başa gəlməsi gözlənilir.
Qeyd edək ki, Bellinqem bu mövsüm bütün turnirlərdə meydana çıxdığı 22 oyunda 9 qol vurub, 3 assist edib. O, DÇ-2022-də İngiltərə millisinin heyətində 2 oyunda 1 qol vurub.
- “Fənərbaxça”nın baş məşqçi siyahısı genişlənir – Pioli, Konte və yerli namizədlər
- “Fənərbaxça”nı müvəqqəti olaraq Dirk Kuyt çalışdıracaq – RƏSMİ
- “Fənərbaxça”da daha bir qəza – Bu dəfə Aziz Yıldırım - VİDEO
- “Qızıl top”u qazana bilməyən Lamin Yamal: “Mənim də zamanım gələcək”
- İsmail Kartal avtomobil qəzasına düşüb