Bellinqhem "Borussiya"ya keçir
03.06.2025 - 09:18
"Sanderlend"in yarımmüdafiəçisi Cob Bellinqhem Dortmund "Borussiya"sına keçmək qərarına gəlib.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, 19 yaşlı futbolçu Dortmund təmsilçisinin təklifi ilə razılaşıb.
Klublar müqavilə şərtlərini həll etmək üçün danışıqlar aparır. Transfer təxminən 30 milyon avroya başa gələcək.
İngilis son mövsümdə 43 matçda 4 qol vurub və 3 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Jobun qardaşı Cud Bellinqhem daha əvvəl "Borussiya"da çıxış edirdi.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0