“Benfika” Kerem Aktürkoğlu transferi ilə bağlı “Fənərbaxça” ilə razılığa gəlib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, “Benfika” bu keçiddən 22,5 milyon avro əsas məbləğ və 2,5 milyon avro bonus olmaqla ümumilikdə 25 milyon avro gəlir əldə edəcək.
Bununla yanaşı, müqavilədə ilk satınalma hüququna sahib olan “Qalatasaray” da transferlə bağlı rəsmi şəkildə məlumatlandırılıb.
Qeyd edək ki, Türkiyə millisinin üzvü Kerem Aktürkoğlu ötən mövsüm komandası ilə 59 rəsmi oyunda meydana çıxaraq 18 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”