“Benfika”nın forvardı Premyer Liqa yolunda
10.04.2025 - 15:13
“Benfika”nın forvardı Premyer Liqa yolunda

Portuqaliya təmsilçilərindən "Benfika"nın forvardı Vanqelis Pavlidis karyerasını Premyer Liqada davam etdirə bilər.

Apasport.az xəbər verir ki, "Nyukasl Yunayted" və "Çelsi" yunan futbolçu ilə yaxından maraqlanır.

Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Mənbənin məlumatına görə, hər iki komanda hücumçunun "Benfika" ilə müqaviləsində yer alan 100 milyon avroluq sərbəst qalma məbləğini ödəməyə hazırdır.

Qeyd edək ki, 26 yaşlı oyunçu bu mövsüm Portuqaliya təmsilçisinin heyətində meydana çıxdığı 46 rəsmi matçda 24 qol, 10 assistlə yadda qalıb.