“Tottenhem”in yarımmüdafiəçisi Rodriqo Bentankur komandanın hücumçusu Son Hın Min haqqında zarafat etdiyinə görə 7 oyunluq diskvalifikasiyası ilə bağlı apellyasiyaya şikayət edib.
Apasport.az xəbər verir ki, apellyasiya şikayəti rədd edilib.
Bentankur televiziya proqramında çıxışı zamanı bütün koreyalıların eyni göründüyünü söyləyib. Bu da ictimaiyyətin mənfi reaksiyasına səbəb olub. Buna görə, İngiltərə Futbol Assosiasiyası noyabrın 18-də uruqvaylı futbolçunu 7 oyunluq diskvalifikasiya edib.
Diskvalifikasiya İngiltərə Federasiyasının himayəsi altında keçirilən bütün matçlara şamil edilir.