Santuşun yerinə "köhnə dost": O, qayıda bilər
09.12.2024 - 16:36
Santuşun yerinə "köhnə dost": O, qayıda bilər

AFFA Azərbaycan milli komandasının baş məşqçi postunda dəyişiklik etməyə hazırlaşır. 

Apasport.az saytına verilən məlumata görə, İcraiyyə Komitəsinin iclasında yığmanın baş məşqçi postu ilə bağlı yekun qərar açıqlanacaq. 

İK-də bəzi şəxslər Fernandu Santuşun postunda qalmasından yana olsa da, əksəriyyət portuqaliyalı ilə yolların ayrılmasına üstünlük verir. 

Əldə etdiyimiz məlumata görə, milli komandamızın baş məşqçi postuna namizədlərdən biri Milan Obradoviçdirsə, digər mütəxəssis də balkandır.

Belə ki, vaxtı ilə yığma komandamıza rəhbərlik etmiş Robert Prosineçki yenidən A millimizi çalışdıra bilər. Hazırda Monteneqro millisinin sükanı arxasında olan xorvatiyalının da adı AFFA-nın namizədlər siyahısındadır.

Yığma ilə adı hallanan mütəxəssislərdən biri də Türkiyədəndir. "Trabzonspor"la Super Liqa çempionluğu yaşamış Abdullah Avcı millimizi çalışdıra bilər.

Xatırladaq ki, Prosineçki 2015-17-ci illərdə Azərbaycan milli komandasını çalışdırıb. Onun rəhbərliyi altında yığmamız 23 oyun keçirib. Bu matçlarda 6 qələbə qazanan komandamız, 11 dəfə meydanı məğlub tərk edib. Digər 6 görüşdə isə qalib müəyyənləşməyib.

0