Benzemanın komandası çempion oldu
16.05.2025 - 00:57
Səudiyyə Ərəbistanı Pro Liqasının bu mövsümkü çempionu müəyyənləşib.
Apasport.az xəbər verir ki, “Əl-İttihad” tarixində 10-cu dəfə bu titula sahib çıxıb.
Komanda XXXII turda səfərdə “Əl-Raed” üzərində 3:1 hesablı qələbə qazanaraq, mövsümün bitməsinə 2 tur qalmış çempionluğunu rəsmiləşdirib.
Qeyd edək ki, komandanın heyətində Kərim Benzema, Nqolo Kante, Fabinyo və bir çox ulduz futbolçu yer alır.
- Fransada 14 il sonra istefa: Deşam dövrü başa çatdı
- Ameddən yeni transfer – Türkiyə millisinin sabiq üzvü
- “Lids”dən 40 milyon avroluq transfer – Bosniyalı futbolçu Premyer Liqada
- Qrinvud rəsmən "Fənərbaxça"da - İstanbul nəhəngindən böyük transfer
- “Fənərbaxça” Avstriya toplanışını qələbə ilə başa vurdu
0
0