Berezutski yenə yarıtmadı: RUSİYADA DA İSTEFAYA GÖNDƏRDİLƏR
05.06.2026 - 13:21
"Sabah"ın sabiq baş məşqçisi Vasili Berezutski istefaya göndərilib.
Apasport.az xəbər verir ki, "Ural" mütəxəssislə yollarını ayırıb.
Bunu Rusiya klubunun prezidenti Qriqori İvanov açıqlayıb.
O, "RB Sport"a açıqlamasında çalışdırıcının işinə son verildiyini söyləyib.
Qeyd edək ki, Berezutski 2024/25 mövsümündə “Sabah”ı çalışdırıb. Onun rəhbərliyi altında komanda Azərbaycan Kubokunun qalibi olub.
0
0