“Beşiktaş” Emmanuel Aqbadou üçün rəsmi təklif göndərib
15.01.2026 - 14:14
“Beşiktaş” Emmanuel Aqbadou üçün rəsmi təklif göndərib

"Beşiktaş" heyətini gücləndirmək məqsədilə transfer çalışmalarını davam etdirir.

Apasport.az xəbər verir ki, İstanbul klubu "Vulverhempton" forması geyinən Emmanuel Aqbadou üçün rəsmi təklif irəli sürüb. Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Məlumata görə, “ağ-qaralar” 26 yaşlı müdafiəçinin transferi üçün İngiltərə klubuna 14 milyon avroluq rəsmi təklif göndərib. Klub rəhbərliyi danışıqlarda müsbət cavab alacağı təqdirdə transferi qısa müddətdə yekunlaşdırmağı planlaşdırır.

Qeyd edək ki, Emmanuel Aqbadou hazırda “Vulverhempton”un əsas heyət oyunçularından biri hesab olunur və onunla digər Avropa klublarının da maraqlandığı bildirilir.