“Beşiktaş”ın iki təcrübəli futbolçusu baş məşqçi Sergen Yalçının qərarı ilə əsas komandadan uzaqlaşdırılıb.
Apasport.az xəbər verir ki, yarımmüdafiəçi Necip Uysal və qapıçı Mert Günoka özlərinə klub tapmaları tapşırılıb.
Bu barədə “qara qartallar”ın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hər iki oyunçu klubun gələcək planlarına daxil deyil. Onlar yeni klub tapana qədər əsas komandadan ayrı məşq edəcəklər.
Qeyd edək ki, Necip Uysal “Beşiktaş” akademiyasının yetirməsidir. 34 yaşlı futbolçu 2009/2010 mövsümündən etibarən əsas komandada çıxış edir. Mert Günok isə 2021-ci ilin yayından İstanbul təmsilçisinin formasını geyinir.
- “Mançester Yunayted” Maykl Kerriklə bağlı qərar verdi
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO