Türkiyə Super Liqası təmsilçilərindən "Beşiktaş" yayda hücum xəttini gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, "qara qartallar" hazırda icarə əsasında "Milan"da çıxış edən və müqavilə ilə "Roma"ya məxsus olan Tommi Abraham ilə yaxından maraqlanır.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
İddialara görə, İstanbul təmsilçisi mövsümün əvvəlində "Latsio"dan transfer edilən Ciro İmmobileni göndərib, onun yerinə Abrahamı heyətə qatmağı planlaşdırır.
Qeyd edək ki, 27 yaşlı ingiltərəli forvard bu mövsüm "Milan"nın heyətində meydana çıxdığı 44 rəsmi oyunda 10 qol, 7 assistlə yadda qalıb.
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi