"Beşiktaş" Rafa Silvanın müqavilə detallarını KAP-a bildirdi
27.06.2024 - 10:59
"Beşiktaş" Rafa Silvanın müqavilə detallarını KAP-a bildirdi

Yay transfer çalışmalarını davam etdirən "Beşiktaş" Rafa Silva ilə müqavilə imzalayıb. 

Apasport.az xəbər verir ki, "ağ-qaralar" müqavilə detallarını İctimai Məlumat Platformasına (KAP) bildirib. 

Portuqaliyalı ilə 3 illik müqavilə imzalanıb. Onun mövsümdə 6 milyon avro qazanacağı qeyd edilib.

Rafa Silva ötən mövsüm "Benfika"nın heyətində bütün yarışlarda 52 matçda 22 qol vurub, 15 qol ötürməsi edib.

Peşəkar karyerasına “Feyrense”də başlayan, daha sonra “Braqa” və “Benfika”da çıxış edən 31 yaşlı futbolçu karyerasında ilk dəfə Portuqaliyadan başqa ölkədə çıxış edəcək.

Qeyd edək ki, "Beşiktaş"ın anlaşdığı Rafa Silva iki gün əvvəl İstanbula gəlib. 

0