"Beşiktaş"da ayrılıq
20.04.2024 - 14:57
"Beşiktaş"da ayrılıq

"Beşiktaş" gənc futbolçu Berkay Vardarla yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə "qara-ağlar"ın mətbuat xidməti məlumat yayıb. 21 yaşlı futbolçunun müqaviləsinə qarşılıqlı xitam verildiyi bildirilib.

Berkay Vardar mövsümün əvvəlində "Şerif"ə icarəyə verilib və futbolçu fevralın 4-də kluba qayıdıb.

2022-23 mövsümünün əvvəlində peşəkar müqavilə imzalayan Berkay Vardarın "qartallar"la 2026-cı ilə qədər müqaviləsi var idi.

0