“Beşiktaş”da ayrılıq - RƏSMİ
27.08.2025 - 19:48
“Beşiktaş”da ayrılıq - RƏSMİ

"Beşiktaş"da gözlənilən ayrılıq baş verib.

Apasport.az xəbər verir ki, "qara qartallar" Aleks Oksleyd-Çemberleynin müqaviləsinə xitam verib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, İstanbul təmsilçisi 32 yaşlı yarımmüdafiəçiyə 1,75 milyon avro ödəyəcək.

Qeyd edək ki, İngiltərə millisinin sabiq üzvü 2023-cü ildən "Beşiktaş"da çıxış edirdi.