İtaliya millisinin üzvü karyerasını bitirib - VİDEO
27.08.2025 - 15:57
İtaliya millisi və "Roma"nın sabiq üzvü Alessandro Florenzi karyerasını sonlandırıb.
Apasport.az xəbər verir ki, bu barədə 34 yaşlı sağ cinah müdafiəçisinin özü açıqlama yayıb.
Oyunçu son olaraq "Milan"da çıxış edib. O, həmçinin PSJ, "Valensiya" və "Krotone" kimi komandaların da şərəfini qoruyub.
Qeyd edək ki, Florenzi peşəkar karyerası ərzində 525 rəsmi matçda iştirak edib, 75 qol vurub və 43 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Fulhem” “Real”ın hücumçusu üçün danışıqlara başladı
- Foden "Mançester Siti"də qaldı – Yeni müqavilə imzaladı
- “Komo”dan sonra “Əl-Əhli” – Davinson Sançez üçün yeni "elçi"
- İtaliano həyəcanını gizlətmədi – "Sabah ilk rəsmi oyunumuzdur"
- Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı
0
0