"Beşiktaş"da baş məşqçi postuna sürpriz iddia
16.04.2024 - 10:46
"Beşiktaş"da baş məşqçi postuna sürpriz iddia

Fernando Santuşla yollarını ayıran "Beşiktaş"da məşqçi axtarışları davam edir.

Apasport.az xəbər verir ki, yerli baş məşqçi namizədləri arasında Sergen Yalçınla yanaşı Erol Bulut üçün təəccüblü iddialar səsləndirilib.

 İngiltərə çempionatında çıxış edən "Kardiff"i çalışdıran Erol Bulutun "Beşiktaş"ın yeni baş məşqçisi siyahısında olduğu iddia edilib. 

"Beşiktaş"ın baş məşqçi namizədləri arasında Sergen Yalçın və Erol Bulutdan başqa, tanınmış adlar da var. "Qara-ağlar"ın Hansi Flik, ​​Niko Kovaç, Frenk Lempard və Cennaro Qattuzonu da gündəmə gətirdiyi bildirilib.

0
Hansi Flik ​​Niko Kovaç Frenk Lempard Cennaro Qattuzo Fernando Santuş Beşiktaş Kardiff Sergen Yalçın Erol Bulut