"Beşiktaş"da ciddi itki - 1 ay oynamayacaq
16.02.2026 - 16:44
“Beşiktaş”ın heyətində ciddi itki
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisinin hücumçusu El Bilal Ture sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı forvardın sol bud əzələsində qanaxma və yırtıq (biseps bud əzələsi) aşkarlanıb. Malili oyunçu təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
Xatırladaq ki, hücumçu ötən gün Türkiyə Super Liqasının XXII turunda “Başakşəhər”lə keçirilən matçda (2:3) zədələnərək meydanı tərk etmişdi.
Qeyd edək ki, “Beşiktaş” El Bilal Tureni bu ilin avqust ayında “Atalanta”dan icarəyə götürüb.
- “Fənərbaxça”nın baş məşqçi siyahısı genişlənir – Pioli, Konte və yerli namizədlər
- “Fənərbaxça”nı müvəqqəti olaraq Dirk Kuyt çalışdıracaq – RƏSMİ
- “Fənərbaxça”da daha bir qəza – Bu dəfə Aziz Yıldırım - VİDEO
- “Qızıl top”u qazana bilməyən Lamin Yamal: “Mənim də zamanım gələcək”
- İsmail Kartal avtomobil qəzasına düşüb
0
0