“Beşiktaş”da Osayi-Samuel problemi: TRANSFER DAYANDIRILDI
28.06.2025 - 22:05
Brayt Osayi-Samuel “Beşiktaş”a keçməyəcək.
Apasport.az xəbər verir ki, Türkiyə təmsilçisi transferdən son anda imtina edib.
Bu barədə insayder Yağız Sabuncuoğlu paylaşım edib.
O, bildirib ki, İstanbul klubu futbolçunun təyyarə biletini ləğv edib.
“Qara qartal”ın prezidenti Serdar Adalı mövzunu belə şərh edib: “Osayinin atasının son anda dəyişən mənasız istəkləri səbəbilə transferi dayandırmağa qərar verdik. O, daha öncə razılaşdığımız şərtlərə hazırdırsa, gəlsin. Əks təqdirdə, alternativlərimiz hazırdır”.
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
0
0