![“Beşiktaş”dan növbəti transfer](https://apasport.az/storage/news/2025/february/10/big/67a9fb19387d267a9fb19387d3173919311367a9fb19387d067a9fb19387d1.jpg)
Türkiyə Super Liqası komandalarından “Beşiktaş” növbəti transferini gerçəkləşdirib.
Apasport.az xəbər verir ki, "qara qartallar" heyətini kolumbiyalı yarımmüdafiəçi ilə gücləndirib. Bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.
"Beşiktaş"da yeni transfer
İstanbul klubu Kolumbiyanın “Ekidad” komandasında çıxış edən Elan Rikardonu transfer edib.
Bildirilib ki, oyunçu sağlamlıq testlərindən keçmək üçün sabah İstanbula gələcək.
"Beşiktaş" Elan Rikardonun transferinə nə qədər ödəyib?
"Beşiktaş" bu transfer üçün qarşı tərəfə görə 2 milyon avro ödəyəcək. Həmçinin Super Liqa təmsilçisi Kolumbiya klubuna növbəti satışdan 10 faiz pay verəcək.
Elan Rikardonun cari mövsümdəki statistikası
Qeyd edək ki, 20 yaşlı yarımmüdafiəçi bu mövsüm “Ekidad”ın heyətində çıxış etdiyi 3 rəsmi matçda 1 qolla yadda qalıb.