"Beşiktaş"ın idarə heyətinin sabiq üzvü vəfat edib
29.06.2024 - 12:54
"Beşiktaş"ın idarə heyətinin sabiq üzvü vəfat edib

Super Liqa təmsilçilərindən "Beşiktaş"ın keçmiş idarə heyətinin üzvü Berkan Qocay (62) dünyasını dəyişib.

Apasport.az xəbər verir ki, bu barədə "qartallar"ın mətbuat xidməti məlumat yayıb. 

"Ağ-qara" klubdan verilən açıqlamada bir müddətdir müalicə alan Qocayın dünyasını dəyişdiyi bildirilib və bu ifadələr işlədilib:

"Klubumuz xidmətlərini hər zaman hörmətlə xatırlayacağımız Berkan Qocaya Allahdan rəhmət diləyir, ailəsinə, yaxınlarına və camiəmizə başsağlığı veririk".

 

0