“Beşiktaş”ın müdafiəçisi Feliks Uduoxay karyerasını Fransada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Paris” almaniyalı futbolçunu transfer etmək istəyir.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Parislilər Uduoxay üçün İstanbul klubuna rəsmi təklif göndərib. Komanda 28 yaşlı mərkəz müdafiəçisini satınalma bəndi ilə icarəyə götürməyi planlaşdırır. “Beşiktaş” isə təcrübəli futbolçunu 4–5 milyon avro qarşılığında satmağa hazırdır.
Qeyd edək ki, Feliks Uduoxay bu mövsüm “Beşiktaş”ın heyətində 11 rəsmi matçda meydana çıxıb. Onun “qara qartallar”la müqaviləsi 2027-ci ilin 30 iyununa qədər qüvvədədir.
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı