“Beşiktaş”ın sabiq futbolçusu İngiltərə klubunda
27.03.2026 - 23:03
“Beşiktaş” sabiq üzvü Natan Redmondun yeni klubu bəlli olub.
Apasport.az xəbər verir ki, o, karyerasını İngiltərədə davam etdirəcək.
Futbolçu “Blakbörn Rovers”lə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Vingerlə cari mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Redmond karyerası ərzində “Norviç”, “Southempton” və “Börnli” klublarında da çıxış edib.
0
0