Bir dövrün sonu - Müller "Bavariya"dan ayrılır
01.04.2025 - 09:09

"Bavariya"nın hücumçusu Tomas Müller bütün karyerasını keçirdiyi klubu tərk etməyə yaxındır.
Apasport.az xəbər verir ki, 35 yaşlı futbolçunun başa çatan müqaviləsi böyük ehtimalla uzadılmayacaq.
Tərəflərin yekun görüşü bu həftə baş tutacaq. Gözlənilməz bir hadisə baş verməsə, əməkdaşlıq yayda, klublararası dünya çempionatından sonra başa çatacaq.
Müller "Bavariya"da daha bir mövsüm keçirməyə razıdır, lakin klub onun üçün əlavə büdcə ayırmaq istəmir.
Qeyd edək ki, almaniyalı 2009-cu ildən Bundesliqa klubunun əsas komandasında çıxış edir.
0
0