Bonuççi yenidən İtaliya millisində
22.10.2024 - 17:36
Bonuççi yenidən İtaliya millisində

İtaliya millisinin sabiq üzvü Leonardo Bonuççi yığmaya məşqçi təyin olunub.

Apasport.az xəbər verir ki, o, ölkəsinin U-20 komandasında çalışacaq.

Bunu İtaliya Futbol Federasiyasının mətbuat xidməti açıqlayıb. Keçmiş müdafiəçi baş məşqçi Bernardo Korradinin köməkçisi vəzifəsini icra edəcək.

Qeyd edək ki, Bonuççi "İnter", "Yuventus", "Milan", "Cenoa" və "Fənərbaxça" kimi klubların şərəfini qoruyub. O, İtaliya millisinin heyətində 121 oyun keçirib və 8 qol vurub.

0