“Borussiya”dan ayrıldı, “Roma”ya keçir
07.08.2022 - 00:43
“Borussiya”dan ayrıldı, “Roma”ya keçir

Dortmund “Borussiya”sının sabiq futbolçusu Den-Aksel Zaqadunun yeni klubu müəyyənləşmək üzrədir.

Apasport.az saytının məlumatına görə, fransalı mərkəz müdafiəçisi karyerasını İtaliyada davam etdirəcək.

23 yaşlı oyunçu “Roma” ilə müqavilə imzalamağa hazırlaşır. Paytaxt təmsilçisi hazırda azad agent statusu daşıyan Zaqadu ilə danışıqların son mərhələsindədir. Futbolçu özü illik 2,5 milyon avro maaş olmaqla 2026-cı ilə qədər saziş bağlamaq istəyir.

Qeyd edək ki, Den-Aksel Zaqadu “Borussiya”da keçirdiyi 5 ildə 91 oyun keçirib, 4 qol vurub, 1 məhsuldar ötürmə verib.

0