Braziliya milli komandası dünya çempionatı ərəfəsində daha bir itki ilə üzləşib.
Apasport.az xəbər verir ki, beşqat dünya çempionlarının müdafiəçisi Vanderson sıradan çıxıb.
“Monako”da çıxış edən futbolçu sol bud əzələsindən əməliyyat olunub. 24 yaşlı sağ cinah müdafiəçisi 3 ay yaşıl meydanlardan uzaq qalacaq. Belə olan halda Vanderson yayda ABŞ, Kanada və Meksikada keçiriləcək mundialda iştirak edə bilməyəcək.
Qeyd edək ki, Braziliya millisinin digər üzvü Rodriqo da DÇ-2026-da forma geyinə bilməyəcək. “Real Madrid”in vingeri dizindən əməliyyat olunub. 25 yaşlı futbolçunun 2027-ci ilin əvvəlində meydana qayıtması gözlənilir.
- Zirkzee “Mançester Yunayted”dən ayrılır
- “Fənərbaxça” – “Aston Villa” matçının hakimi müəyyənləşdi
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”