Braziliya millisi və icarə əsasında "Real Betis"də uğurlu performans nümayiş etdirən Antoni İspaniyada qala bilər.
Apasport.az xəbər verir ki, "Atletiko Madrid" vingeri transfer etmək istəyir.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Mənbənin məlumatına görə, Madrid təmsilçisi yayda Antoninin müqavilə ilə məxsus olduğu "Mançester Yunayted"lə danışıqlara başlamağa hazırlaşır.
Komanda 26 yaşlı oyunçu üçün "qırmızı şeytanlar"a 65 milyon avro ödəməyə hazırdır.
Xatırladaq ki, "Mançester Yunayted" Antonini "Betis"ə bu ilin yanvar ayında icarəyə verib.
Qeyd edək ki, Braziliya millisinin üzvü La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 13 rəsmi matçda 4 qol, 4 assistlə yadda qalıb.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı