Braziliya millisinin üzvü karyerasını vətənində davam etdirəcək
24.12.2025 - 13:31
"Əl-Hilal"dan ayrıldıqdan sonra azad agent statusunda olan Renan Lodinin yeni klubu məlum olub.
Apasport.az xəbər verir ki, braziliyalı futbolçu "Atletiko Mineyro" ilə anlaşıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
27 yaşlı sol cinah müdafiəçisi ölkəsinin klubu ilə 5 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Braziliya millisinin üzvü olan Renan Lodi bu ilin yayında "Əl-Hilal"dan ayrılıb.
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0