Xəbər verdiyimiz kimi, "Hatayspor"un sabiq futbolçusu Aaron Bupendza Çində binanın 11-ci mərtəbəsindən yıxılaraq ölüb.
Apasport.az xəbər verir ki, 28 yaşlı futbolçunun intihar etdiyi ehtimal olunurdu.
Araşdırmalardan sonra futbolçunun qətlə yetirildiyinə dair şübhələr yaranıb.
Belə ki, hadisə zamanı onun əvvəllər mübahisə yaşadığı qardaşı da mənzildə olub.
Faktla bağlı araşdırmalar davam edir.
***
13:13
Bir vaxtlar “Hatayspor”da çıxış edən və Super liqanın bombardiri olan Aaron Bupendza faciəvi şəkildə həlak olub.
Apasport.az xəbər verir ki, qabonlu futbolçu Çində binanın 11-ci mərtəbəsindən yıxılaraq ölüb.
28 yaşlı futbolçunun intihar etdiyi ehtimal olunur.
Xatırladaq ki, Bupendza yanvarın sonunda "Rapid Buxarest"dən Çinin "Zhejiang" klubuna transfer olunmuşdu.
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
- Yığmamızın oyunu norveçlilərə həvalə olunub