Super Liqa komandalarından "Kasımpaşa" yeni baş məşqçisini açıqlayıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi sosial media hesabında paylaşım edilib.
Klubun yeni baş məşqçisi Burak Yılmaz olub.
Məşqçilik karyerasına “Beşiktaş”da köməkçi məşqçi kimi başlayan, daha sonra qısa müddət ərzində komandaya rəhbərlik edən Burak Yılmaz ötən mövsüm “Kayserispor”la müqavilə imzalayıb.
“Kayserispor”un başında 21 matça çıxan Burak Yılmaz bu görüşlərdə 3 qələbə, 10 heç-heçə və 8 məğlubiyyətlə yadda qalıb. Burak Yılmaz bu mövsüm "Beşiktaş" matçından (3:0) sonra "Kayserispor"dan ayrılıb.
Qeyd edək ki, "Kasımpaşa" dünən Hakan Keleşlə yollarını ayırıb.
- “Fənərbaxça”nın futbolçularından İsmail Kartala vida
- “Qalatasaray”da Barış Alper Yılmaz qərarı – Növbəti oyunu buraxacaq
- “Qızıl top”un sahibi “Bavariya”da qalır – Yeni müqavilə imzalanacaq
- “Fənərbaxça”nın baş məşqçi siyahısı genişlənir – Pioli, Konte və yerli namizədlər
- “Fənərbaxça”nı müvəqqəti olaraq Dirk Kuyt çalışdıracaq – RƏSMİ