Çalhanoğlu "Bavariya"nın hədəfində
08.10.2024 - 21:52
Çalhanoğlu "Bavariya"nın hədəfində

"İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlu komandanı tərk edə bilər.

Apasport.az xəbər verir ki, o, karyerasını Almaniyada davam etdirməyə yaxındır.

Türkiyə millisinin üzvü ilə "Bavariya" maraqlanır. Münhenlilər futbolçunun transferi üçün təklif hazırlayır. 

Milanlılar isə onun üçün 50 milyon avro istəyir.

Qeyd edək ki, Hakan Çalhanoğlu 2021-ci ilin yayından "İnter"də çıxış edir. 

0