Türkiyə millisinin kapitanı Hakan Çalhanoğlu DÇ-2026-nın qrup mərhələsində Avstraliyaya məğlubiyyəti (0:2) şərh edib.
Apasport.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi komandanın buraxdığı qollardan narazı qalıb.
O, görüşdən sonra bunları deyib:
“Uzun toplardan qollar buraxdıq, buraxılmamalı qollar idi. Ümumi mənada matçın kontrolu bizdə idi, amma şanslardan istifadə edə bilmədik”.
Hakan Çalhanoğlu ağır məğlubiyyətdən nəticə çıxarmalı olduqlarını bildirib:
“İndi vacib olan bu matçı unutmaq və qarşıdakı oyunlara baxmaqdır. Bəzən belə şillə yemək yaxşı olur. Biz də bunun fərqindəyik”.
Qeyd edək ki, Türkiyə millisi D qrupundakı növbəti oyununu Paraqvaya qarşı keçirəcək. Matç iyunun 19-da Bakı vaxtı ilə saat 02:00-da başlayacaq.
- "Real"da ciddi itki: VALVERDENİN DURUMU BƏLLİ OLDU
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika