"Çelsi" 19 yaşlı yeni transferini icarəyə veridi
08.08.2024 - 16:58
"Çelsi" 19 yaşlı yeni transferini icarəyə veridi

“Çelsi” “Boka Xuniors”dan Aaron Anselminonu transfer edib.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

19 yaşlı müdafiəçi ilə 7 illik müqavilə imzalanıb. “Zadəganlar” Anselmino üçün 16,5 milyon avro ödəyəcək.

Futbolçu 2024/25 mövsümünü “Boka Xuniors”da icarədə keçirəcək.

Müdafiəçi “Boka Xuniors”un əsas komandasında 10 oyunda 1 qol vurub.

0