“Çelsi” niderlandlı forvardla maraqlanır
09.05.2025 - 23:26
İngiltərə Premyer Liqası təmsilçilərindən "Çelsi" yayda hücum xəttini gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, "zadəganlar" Fransanın "Strasburq"un forvardı Emanuel Emeqa ilə yaxından maraqlanır.
Bu barədə Fransa mətbuatı məlumat yayıb.
İddialara görə, londonlular 22 yaşlı hücumçunu yayda transfer etmək niyyətindədir.
Qeyd edək ki, niderlandlı forvard bu mövsüm "Strasburq"la meydana çıxdığı 29 rəsmi matçda 14 qol, 3 assistlə yadda qalıb.
- Dirk Kuyt gələcəyi barədə danışdı: “Burada qalmaq istəyirəm”
- Çempionlar Liqasında IV turdan sonra turnir cədvəli – FOTO
- “Fənərbaxça”dan ayrılan İsmail Kartala ölkə xaricindən rəsmi təklif
- “Qalatasaray”ın futbolçusu Çempionlar Liqasında həftənin ən yaxşısı adına namizəddir
- Premyer Liqada IX turun ən yaxşı futbolçusu müəyyənləşdi
0
0