“Çelsi”  “Sportinq”in müdafiəçisini hədəfləyir
02.04.2024 - 13:19
“Çelsi”  “Sportinq”in müdafiəçisini hədəfləyir

İngiltərə Premyer Liqa təmsilçisi "Çelsi" bu yay öz sıralarına yeni mərkəz müdafiəçisi dəvət etmək istəyir.

Apasport.az xəbər verir ki, klubun hədəfi Portuqaliya "Sportinq”dən Ousmane Diomandedir. “Çelsi” rəhbərliyi oyunçuya kifayət qədər yüksək məbləğ təklif edir. Lakin portuqaliyalılarla ilə danışıqların çox çətin olacağı güman edilir.

"Transfermarkt" portalı futbolçunun dəyərini 40 milyon avro olaraq qiymətləndirir.

Qeyd edək ki, “Çelsi" böyük ehtimalla yayda müqaviləsi başa çatan 39 yaşlı mərkəz müdafiəçisi Tiaqo Silva ilə yolları ayıracaq.

0