“Çelsi” yetirməsini geri çağırdı
15.01.2025 - 18:44
İngiltərə Premyer Liqası komandalarından “Çelsi” yetirməsini geri qaytarıb.
Apasport.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “zadəganlar” hazırda “Kristal Pelas”da icarə əsasında çıxış edən mərkəz müdafiəçisi Trevoh Şalobanı müqaviləsindəki bənddən istifadə edərək geri çağıırıb.
Buna səbəb, London klubunda həmin mövqedə çıxış edən Uesli Fofana və Benua Badiaşilin zədədən əziyyət çəkməsi olub.
Qeyd edək ki, 25 yaşlı müdafiəçi bu mövsüm “Kristal Pelas”ın heyətində 14 rəsmi matçda 3 qol ilə yadda qalıb.
- Pulişiç “Milan”da qalacaq?
- Ronaldo yenidən “Qızıl top” qazandı – Bu dəfə fərqli mükafat
- Seneqal millisindən “Qalatasaray”ın futbolçusuna vida mesajı
- Türkiyə Kubokunda sensasiya – III Liqa klubu “Kayserispor”u darmadağın etdi
- “Bavariya”nın baş məşqçisi xəstəxanadan buraxıldı – Qayıdacağı tarix bəlli oldu
0
0