“Çelsi”də böhran davam edir: Baş məşqçi İSTEFAYA GÖNDƏRİLDİ
23.04.2026 - 09:21
"Çelsi" baş məşqçisi Liam Rozenyorla bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, "zadəganlar" ingiltərəli mütəxəssislə yollarını ayırıb.
Bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Rozenyor uğursuz nəticələrə görə istefaya göndərilib. 41 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Liam Rozenyor yanvarda "Çelsi"nin baş məşqçisi vəzifəsində təyin olunmuşdu. Komanda onun rəhbərliyi altında çıxış etdiyi 23 rəsmi matçda 11 qələbə qazanıb, 2 heç-heçə edib, 10 dəfə isə meydandan məğlub ayrılıb.
0
0