“Çelsi” azarkeşlərini məyus etməkdə davam edir.
Apasport.az xəbər verir ki, “zadəganlar” İngiltərə Premyer Liqasının XXXII turu çərçivəsində öz meydanında “Mançester Siti”yə 0:3 hesabı ilə məğlub olub.
Komanda daxili çempionatda ardıcıl üçüncü dəfədir ki, matçı qol vurmadan başa vurur və məğlub olur. Bu göstərici sonuncu dəfə 1997–98 mövsümündə qeydə alınıb – həmin vaxt komanda ardıcıl 4 qarşılaşmada qol vurmadan uduzmuşdu.
Həmçinin London təmsilçisi Premyer Liqada keçirdiyi son 7 oyunda cəmi 1 qələbə qazanıb. Bu görüşlərin 4-də məğlub olan klub, qalan 2 matçda isə heç-heçə edib.
Qeyd edək ki, “Çelsi” hazırda 48 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Komandanı 12-ci sıradakı “Fulhem”dən cəmi 3 xal ayırır.
- “Fulhem” “Real”ın hücumçusu üçün danışıqlara başladı
- Foden "Mançester Siti"də qaldı – Yeni müqavilə imzaladı
- “Komo”dan sonra “Əl-Əhli” – Davinson Sançez üçün yeni "elçi"
- İtaliano həyəcanını gizlətmədi – "Sabah ilk rəsmi oyunumuzdur"
- Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı