“Çelsi”nin müdafiəçisi “Beşiktaş”ın radarında
10.10.2025 - 19:26
“Çelsi”nin müdafiəçisi “Beşiktaş”ın radarında

"Çelsi"nin müdafiəçisi Aksel Disasi karyerasını Türkiyədə davam etdirə bilər.

Apasport.az xəbər verir ki, "Beşiktaş" fransalı futbolçunu transfer etmək istəyir.

Bu barədə yerli mətbuat məlumat yayıb.

İddialara görə, "qara qartallar" Disasini yanvar ayında heyətinə qatmağa çalışacaq.

İstanbul təmsilçisi 27 yaşlı müdafiəçini satınalma bəndi ilə birgə icarəyə götürməyi planlaşdırır.

Qeyd edək ki, "Çelsi" Aksel Disasini 2023-cü ilin yayında "Monako"dan 45 milyon avroya transfer edib.