"Çelsi"nin müdafiəçisi zədələndi
12.02.2024 - 16:19
"Çelsi"nin müdafiəçisi zədələndi

"Çelsi"nin müdafiəçisi Benoit Badiaşile İngiltərə kubokunun 1/16 finalında "Aston Villa" ilə matçda (3:1) qasıq nahiyəsindən zədə alıb.

Apasport.az xəbər verir ki, bu barədə "Evening Standard" məlumat yayıb.

Mənbənin məlumatına görə, fransalı futbolçu qarşıdakı 1 ay meydana çıxa bilməyəcək.

Bu mövsüm 22 yaşlı Badiaşile "Çelsi"nin heyətində 12 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. 
 

0