“Çelsi”nin Qallaher planı
06.10.2023 - 10:30
“Çelsi”nin futbolçusu Konor Qallaherlə bağlı planları bəlli olub.
Apasport.az xəbər verir ki, İngiltərə klubu yarımmüdafiəçi ilə yeni müqavilə imzalamaq niyyətindədir.
Londonlular Konorla müzakirələri yaxın müddətdə başlamağı planlaşdırır. 23 yaşlı futbolçunun indiki müqaviləsi 2025-ci ilin yayında bitəcək. “Çelsi” rəhbərliyi bu anlaşmanı uzatmağı məqsədəuyğun sayır.
Qeyd edək ki, 2018-ci ildən “zadəganlar”ın formasını daşıyan yarımmüdafiəçi bu müddətdə 54 matçda 3 qol vurub. O, ötən mövsümdə “Kristal Pelas”da icarədə olub.
- "Bolonya" və "Roma"dan hücumçu barteri – Dovbik getdi, Kastro gəldi
- "Yuventus"dan 33 milyonluq transfer – "Çelsi"ni qabaqladı
- Vinçentso İtalyano “Beşiktaş”ı təriflədi – “Belə atmosfer görməmişdim”
- “Qarabağ”, “Neftçi”, "Zirə" və "Beşiktaş"ın oyunları bu kanallarda - AFİŞA
- KL: “Zirə” Sumqayıtda Estoniya klubuna qarşı – YENİLƏNİR
1
0