Xəbər verdiyimiz kimi, rusiyalı məşqçi Stanislav Çerçesov yaxın günlərdə Qazaxıstan millisinin baş məşqçisi postunu tərk etmişdi.
Apasport.az xəbər verir ki, Qazaxıstan Futbol Federasiyası bu səbəblə 61 yaşlı mütəxəssisə 500 min avro təzminat ödəyəcək.
Çerçesov təklif olunan məbləğdən razıdır. Tərəflərin yaxın günlərdə müvafiq sənədlərə imza atması gözlənilir.
Qeyd edək ki, Çerçesov 2024-cü ilin yayından Qazaxıstan millisinə rəhbərlik edirdi. Yığma onun başçılığı altında keçirdiyi 6 oyunda 5 məğlubiyyət və 1 heç-heçə ilə yadda qalıb. 1 dəfə belə rəqib qapısına yol tapa bilməyən komanda öz qapısında 15 top görüb.
- Arda Turanın komandası sabiq “Fənərbaxça”lını transfer etdi
- “Real”ın ulduzu İstanbul yolunda? – “Fənərbaxça” hərəkətə keçdi
- Dünya çempionu "Yuventus"a doğru: Martinezdə son mərhələ
- “Beşiktaş”da oynadı, “Fənərbaxça”ya keçir? – Danışıqlar başladı
- Çalhanoğlundan DÇ mesajı – “Hədəfim kuboku qaldırmaqdır”