Türkiyə Super Liqası komandalarından “Qalatasaray" "Mançester Siti"nin almaniyalı yarımmüdafiəçisi İlkay Gündoğanı transfer etmək istəyir.
Apasport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Türkiyə klubu artıq 34 yaşlı yarımmüdafiəçi ilə danışıqlar aparıb. İstanbul klubu futbolçuya 2 illik müqavilə təklif edib.
İngiltərə nəhənginin Gündoğanın "sarı-qırmızılar"a keçidinə mane olmayacağı bildirilir.
Qeyd edək ki, ötən yay “Barselona”dan "Mançester Siti"yə azad agent kimi keçən İlkay bu mövsüm 27 oyun keçirib. Alman yarımmüdafiəçi bu qarşılaşmalarda 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.