Coşqun oynadı, komandası qələbə qazandı
02.03.2024 - 00:26
![Coşqun oynadı, komandası qələbə qazandı](https://apasport.az/storage/news/2024/march/02/big/65e23a3830c2865e23a3830c29170932485665e23a3830c2565e23a3830c26.jpg)
Türkiyədə birinci liqanın 25-ci turunun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geyindiyi “Ümraniyespor” doğma meydanda “Altay”la qarşılaşıb.
Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Diniyev 63-cü dəqiqədə meydana daxil olub. Hazırda "Ümraniyespor" 30 xalla 12-ci pillədə qərarlaşıb.
0
0