Daha bir futbolçu dünya çempionatını buraxacaq
27.04.2026 - 14:42
“Tottenhem”in heyətində itki yaşanıb.
Apasport.az xəbər verir ki, komandanın aparıcı üzvlərindən olan Xavi Simons sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı hücumçunun ön çarpaz bağları qopub. O, təxminən 7 ay yaşıl meydanlardan uzaq qalacaq. Niderland millisinin üzvü həmçinin bu yay keçiriləcək dünya çempionatında iştirak edə bilməyəcək.
Qeyd edək ki, Xavi Simons cari mövsümün əvvəlində “Leypsiq”dən “Tottenhem”ə 65 milyon avro qarşılığında transfer olunub.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0