Dani Alveşə 9 il həbs cəzası istənildi
20.12.2023 - 21:36
Dani Alveşə 9 il həbs cəzası istənildi

“Barselona”nın keçmiş müdafiəçisi Dani Alveş fevralın 5-dən 7-dək zorlama ittihamı ilə məhkəmə qarşısına çıxarılacaq.

Apapsort.az AFP-yə istinadən xəbər verir ki, prokurorlar 40 yaşlı braziliyalı futbolçuya 9 il həbs cəzası istəyirlər və zərərçəkmiş olduğu iddia edilən şəxsə 150 ​​min avro təzminat ödəməsini tələb edirlər.

Yanvarın 20-də Alveşin İspaniyada cinsi zorakılıq ittihamı ilə saxlanıldığı məlum olub. Həmin vaxtdan o, həbsdədir. Alveş özü ona qarşı irəli sürülən ittihamları rədd etdiyini bildirib.

Qeyd edək ki, Alveş karyerası ərzində “Sevilya”, “Barselona”, “Yuventus”, PSJ və “Sao Paulo”da çıxış edib. Onun son komandası Meksika təmsilçisi “Pumas” idi və klub təcavüzdə ittiham olunan oyunçu ilə müqaviləni ləğv edib.

0