Dani Olmo "Osasuna" ilə matçda zədələnib
28.03.2025 - 10:55
"Barselona"nın yarımmüdafiəçisi Dani Olmo "Osasuna" ilə matçı davam etdirə bilməyib.
Apasport.az xəbər verir ki, 28-ci dəqiqədə zədələnən Olmo meydanı tərk edib. Onun əvəzinə meydana Fermin Lopez daxil olub.
İlkin müayinəyə görə, Olmonun zədəsi ciddi deyil.
Qeyd edək ki, qarşılaşma "Barselona"nın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
- Portuqaliyada yeni baş məşqçi - Jorje Jezuş milliyə təyin olundu
- Mane milli karyerasını bitirdi - Seneqal əfsanəsindən vida qərarı
- “Tottenhem” PSJ-nin hücumçusunu istəyir - “Yuventus” da mübarizədədir
- “Real” Mourinyonun istədiyi futbolçu ilə maraqlanır - 1 illik müqavilə variantı
- Romao Rusiya klubunda - RƏSMİ
0
0