De la Fuente: “Fransa da bizim qədər narahatdır”
11.07.2026 - 01:59
İspaniya millisinin baş məşqçisi Luis de la Fuente DÇ-2026-nın yarımfinalında Fransa ilə keçiriləcək oyun barədə danışıb.
Apasport.az xəbər verir ki, mütəxəssis hər iki komandanın qarşılaşma öncəsi eyni dərəcədə ehtiyatlı olduğunu bildirib.
“Əminəm ki, Fransa da bizim qədər narahatdır. Unutmayaq ki, onları ardıcıl iki oyunda məğlub etmişik. İnanılmaz bir komanda başqa bir inanılmaz komanda ilə qarşılaşacaq”, – deyə De la Fuente bildirib.
Qeyd edək ki, İspaniya 1/4 finalda Belçikanı 2:1, Fransa isə Mərakeşi 2:0 hesabı ilə məğlub edərək yarımfinalda rəqib olublar.
0
0